Üç avtomat, yeddi tüfəng...

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

DİN mətbuat xidmətindən verilən məlumata görə, martın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 1 qumbara, 7 tüfəng, 2 patron darağı və 138 ədəd patron təhvil götürüblər. 

Bu istiqamətdə tədbirlər davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat