Kəklikotunun çayı da, yağı da məlhəmdir

post-img

Kəklikotu yağı alternativ tibbdə geniş istifadə olunur. Mütəxəssislər ayaqların al­tına kəklikotu yağı çəkməyin müxtəlif xəstə­likləri sağaltmaq gücünə malik olduğunu bildirirlər.

Kəklikotu yağı antiseptik xüsusiyyətləri sayəsində ayaq altına çəkildikdə bakteriya və göbələklərin çoxalmasının qarşısını alır. Ayaqlarda yarana biləcək dəri problemlərinə qarşı qoruyucu xüsusiyyətlərə malikdir. Ayaq gigiyenasını yaxşılaşdırmaqla qoxunu aradan qaldırır.

Kəklikotu yağı ayaqlardakı yüngül şiş­kinliyi və bunun nəticəsində yaranan ağrıları da yox edir. Həmçinin dəridəki ölü hüceyrələr də təmizlənir. 

Ayaqlar bədəndəki bir çox sinir ucuna bağlıdır. Buna görə də, kəklikotu yağının tət­biqi ümumi olaraq bədənə faydalıdır. Stresli bir günün sonunda ayaqların altına kəklikotu yağı çəkməklə dincəlmək mümkündür. Yağ çəkildikdən sonra ayaqların altındakı həssas bölgələr rahatlaşır.

Mütəxəssislər bildirirlər ki, ümumiyyət­lə, əzələ gərginliyi yaşayan insanlar kəklikotu yağından mütləq istifadə etməlidirlər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat