Abşeronda yağmursuz, bölgələrdə isə yağmurlu və dumanlı

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən, martın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə in­tensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 

Səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsə­cək. Gecə 4-7°, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. Azərbayca­nın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq əra­zilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya