Göygölün Balçılı kəndində səyyar qəbul

post-img

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. 

Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən İcra hakimiyyətini başçısı mövcud problemlərin həlli, o cümlədən kəndə verilən qazın təzyiqinin artırılması, sahibsiz küçə itləri il bağlı qanunamüvafiq tədbirlərin görülməsi, Şəmkir dəryaçasından verilən suyun tənzimlənməsi və subartezianın limitinin artırılması, kəndin sürətli internetlə təmin olunması, kənddə “Kapital banka” məxsus bankomatın quraşdırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini verib.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Göygöl rayonu







Sosial həyat