Martın 14-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti verib.
Axtarışda olduğuna görə ümumilikdə 219, o cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 95 nəfər saxlanılıb.
P.ƏMİRCANOV
XQ