Milli Preventiv Qrupun (MPQ) üzvləri polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə sərbəst şəkildə maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən daxil ola, saxlanılanlarla təkbətək və ya qrup şəklində görüşə, söhbət apara bilərlər.
Bu fikirləri Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin aparıcı məsləhətçisi Ülkər Həsənova səsləndirib.
O bildirib ki, qrup üzvləri akt tərtib edə və texniki avadanlıqlar vasitəsilə foto çəkə, videoçəkiliş apara bilmək imkanına malikdirlər.
Təlimçi MPQ üzvlərinin internat tipli təhsil müəssisələrində uşaqlarla işləmək prinsiplərindən də danışıb. Bildirib ki, başçəkmələr planlı və plansız şəkildə olur. Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı başçəkmələr planlı şəkildə həyata keçirilir.