“Xalq qəzeti”nin baş redaktoru: Qohum nikahlarla bağlı qanunlar sərtləşdirilməlidir

post-img

Qohum nikah problemi ciddi məsələdir və bu məsələ tam açıq şəkildə müzakirə edilməlidir. Yaxın qohumların evlənməsi məsələsi müxtəlif amillərlə bağlıdır. Burada cəhalətin, savadsızlığın da öz payı var. 

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzində qohum nikahlarla bağlı ictimai müzakirə zamanı “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov dedi.

Ə.Amaşov bildirdi ki, biz problemin aradan qaldırılması istiqamətində düşünməli və hərəkətə keçməliyik: “Maarifləndirmə ciddi və geniş şəkildə aparılmalıdır. İnsanların diqqətinə qohum nikahların fəsadları çatdırılmalıdır. Bu istiqamətdə işin ağır tərəfi jurnalistlərin üzərinə düşür. Dövlət qurumları da media ilə işləməlidir”. 

Baş redaktor təklif etdi ki, bu istiqamətdəki qanunlar da sərtləşdirilməlidir. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat