Bahar Muradova: Azərbaycanda qohum nikahlar daha çox ənənələrə söykənir

post-img

Qohum nikahlar dedikdə baba və nənəsi, ata və anası eyni olan övladlar nəzərdə tutur.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzində qohum nikahlarla bağlı ictimai müzakirə zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda qohum nikahlar daha çox ənənələrə söykənir: “Bu da nəticədə uşaqların sağlamlığı ilə bağlı mənfi nəticələrə yol açır. Məsələ hökumətin diqqətindədir”. 

Komitə sədri əlavə edib ki, 2015-ci ildə Ailə Məcəlləsinə edilən dəyişiklikliyə əsasən, nikahdan öncə tibbi müayinə tələbi qoyulub: “Bu tələb nəticəsində şikəst uşaqların doğulmasının qarşısı alındı. 2021-ci ildə 2 363 qohum evliliyi qeydə alınıb. Onların 204-ü boşanma ilə nəticələnib. 2022-ci ildə isə 2 542 qohum evliliyi olub, 608 boşanma qeydə alınıb".

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat