Qadın şairlərin könül söyləmələri

post-img

GÜZGÜ

Hərə bir şəkil asdı

yaxandan.

Hamı boylanıb baxdı

yaxından.

Çatlayarsan,

sınarsan

gözlərimin ahından.

Paşa güzgü,

Xan güzgü,

Üzünə üz bağlayıb,

Üzümə baxan güzgü.

Gülnarə CƏMALƏDDİN

* * *

AÇAR CİNGİLTİSİ

...hardasa uzaqlarda bir ev

itmiş adamlarını gözləyir, 

adamlar itmiş açarlarını

axtarır...

(açarlar bağlı qapıların

azadlıq ümidi,

itmiş adamların

tapılmaq sevinci...)

Həsrətin bətni dolub,

açar cingiltisi eşidilir.

uzaqdan...

Sevinc QƏRİB



Sosial həyat