Türkiyəli dietoloq Canan Karatay tövsiyə edir ki, orqanizmə xeyirli qidalardan olan fındığın qabıqları da şəfalıdır. O, müsahibəsində çayın və fındığın insan sağlamlığı üçün çox faydalı olduğunu vurğulayaraq “Şəkər əlavə etmədən çoxlu çay için, fındıq yeyin”, – deyə bildirib.
Onun sözlərinə görə, fındıq minerallar, vitaminlər, karbohidratlar və Omeqa-3 ilə zəngindir. Bundan əlavə, fındığın qabığından hazırlanmış çay özündə ən güclü antioksidantları ehtiva edir. Qaraciyər xəstəliklərində faydalıdır. Yoğun bağırsaq və uşaqlıq yolunun iltihabına qarşı yaxşı təsir edir.
Fındıq qabıqlarının qaynadılıb suyunun içilməsi soyuqdəymə və qripə xeyirlidir. Öskürəyi dayandırır, malyariya və epilepsiya zamanı xəstənin halını yaxşılaşdırır. Bu çayın qan təmizləyici təsiri də var. Həmçinin bağırsaq florasını və ya ürək-damar sistemini qorumaq istəyənlər fındığın qabığından faydalana bilərlər.
Çayı hazırlamaq üçün bir ovuc təmizlənmiş fındıq qabığını götürüb qaynayan bir litr suya əlavə edin. On dəqiqə qaynatdıqdan sonra götürün və daha on dəqiqə dəmlənməsini gözləyin. Çayı stəkana süzdükdən sonra zövqə görə, bal əlavə etmək olar.
Z.HÜSEYNLİ
XQ