Bu gün də yağmursuz və dumanlı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən martın 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. 

Səhər və axşam bəzi yerlərdə du­man olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 2-5°, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gün­düz 60-65 faiz olacaq. Azərbaycanın ra­yonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qı­samüddətli yağıntılı olacağı, qar yağa­cağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya