Türkiyə istehsalı olan serialların tamaşaçı auditoriyası hazırda 1 milyard nəfərə çatır. Bu fikiri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin başçısı Fəxrəddin Altun TRT1 televiziya kanalının “Mehmet: Fəthlər sultanı” adlı yeni serialının təqdimatında bildirib.
Onun sözlərinə görə, təkcə son 3 il ərzində dünyada türk seriallarını almağa maraq 183 faiz artıb. F.Altun, onu da bildirib ki, filmlərin və serialların istehsalı Türkiyənin tanınmasına böyük töhfə verir, ölkənin nüfuzunu möhkəmləndirir.
XQ