ABŞ senatoru Menendes məhkəməyə mane olmaqda ittiham olunur

post-img

ABŞ senatoru Robert Menendes və onun erməni əsilli həyat yoldaşı Nadine rüşvət işi üzrə ədalət mühakiməsinə mane olmaqda ittiham olunublar. Bu barədə “The New York Times” Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin yenilənmiş rəyinə istinadən məlumat yayıb.

Hesabatda senatora qarşı 18 ittiham var. Bu iş üzrə məhkəmə iclası mayın 6-na təyin edilib. Yeni ittihamlar irəli sürülməzdən bir müddət əvvəl iş üzrə təqsirləndirilən şəxslərdən biri, Nyu Cersidən olan iş adamı Xose Uribe günahını etiraf edib və istintaqla əməkdaşlığa razılaşıb.

NBC News-un məlumatına görə, yeni ittihamın əks olunduğu sənəddə 2022-ci ildə Nadine Menendes və Xose Uribe arasında görüşdən bəhs olunur. Məhkəmə materiallarına görə, iclasda senatorun həyat yoldaşı iş adamından məhkəməyə bu ödənişləri necə əsaslandıracağını soruşub. O, söz verib ki, pul borc götürülüb. “Yaxşı səslənir” deyə Nadine Menendes cavab verib.

2022-ci ilin sentyabrında ABŞ federal prokurorları Robert Menendes və onun həyat yoldaşını “Misirə ABŞ hökumətinin məxfi məlumatlarını gizli şəkildə təqdim etmək” planlarında və “üç Nyu Cersili iş adamına qarşı cinayət araşdırmalarına təsir etmək” cəhdlərində ittiham edirlər.

Bu hərəkətlərinin müqabilində, ittiham aktına görə, Robert Menendes və həyat yoldaşı “nağd pul, qızıl, ipoteka ödənişləri, lüks avtomobil və digər qiymətli əşyalar” alıblar. MenendeSin evində axtarışlar zamanı onlar 100 min dollardan çox qızıl külçələr və 480 min dollar nağd pul tapıblar. Prokurorluq hesab edir ki, cütlük 2018-ci ildən qanunsuz fəaliyyətlə məşğul olub. Ermənipərəst senator və erməni həyat yoldaşı günahlarını etiraf etmirlər.

S.ELAY

XQ

Dünya