Sevmə məni

post-img

Lələ, məndən Kərəm olmaz

Sevmə məni, sevmə, nolar.

Məni məndə görən olmaz

Sevmə məni, sevmə, nolar.

 

Dərd yaxın, dava ayrıdı

Bu dərdə yuva ayrıdı,

Mən ölən hava ayrıdı

Sevmə məni, sevmə, nolar.

 

Dar yaxa haqdan yazıdı,

Düymələr şeytan nazıdı.

Dünya keşiş dünyasıdı

Sevmə məni, sevmə, nolar.

 

Get ürəkli daşları sev,

Daşdan axan yaşları sev,

Ağacları, quşları sev,

Sevmə məni, sevmə, nolar.

 

O taylı, bu taylı mənəm,

Yeri, yurdu saylı mənəm

Ramiz Qusarçaylı mənəm,

Sevmə məni, sevmə, nolar.

 

Ramiz QUSARÇAYLI

Quba



Sosial həyat