Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin martda keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

post-img

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Nazirlikdən  bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.

Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.

Qəbulda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Bununla əlaqədar vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2024-cü ilin mart ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafik təqdim edilib.

Sosial həyat