Su çərşənbəsində bu ilin ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

post-img

Baharın müjdəçisi olan ilk çərşənbə - su çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.

Aksiya fevralın 27-I saat 14-də Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 4 ünvanında “Bravo” hipermarketinin qarşısında keçiriləcək.

Sosial həyat