Sosial Tədqiqatlar Mərkəzinin (STM) 2024-cü ilin fevral ayında keçirdiyi sorğunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 78.2 faizi “bəli, dəstəkləyirəm”, 19.5 faizi “xeyr, dəstəkləmirəm” cavabını verib. 2.3 faiz cavab verməkdə çətinlik çəkib. Məlumarı STM verib.
Ermənistanın Azərbaycanı beynəlxalq ictimai rəydə aqressor kimi təqdim etmə cəhdlərinə baxmayaraq, keçirilmiş sorğular göstərir ki, Azərbaycan ictimaiyyətində sülh müqaviləsinə münasibətində dövri olaraq artan müsbət dinamika mövcuddur.
Həmçinin, ötən sorğulara əsasən, ölkə ictimaiyyəti sülh razılaşması ilə bağlı müzakirələrin məhz birbaşa, yəni ikitərəfli formatda aparılmasını məqsədəuyğun hesab edir.
Qeyd edək ki, respondentlər arasında yaş artıqca sülh müqaviləsinə müsbət münasibətdə artım qeydə alınır. Ali təhsillilər arasında müsbət mövqe orta təhsillilər ilə müqayisədə daha çox üstünlük təşkil edir.
Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
Rizvan FİKRƏTOĞLU
XQ