İtaliya Respublikasının “Leonardo” şirkətinin sədri Stefano Pontekorvodan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə “Leonardo” şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Sizin zəngin təcrübəniz və peşəkar bacarıqlarınız sayəsində əminəm ki, İtaliya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.

Zati-alinizə yeni prezidentlik dönəmində davamlı uğurlar və firavanlıq arzulayıram. “Leonardo” şirkəti ölkənizlə davamlı əlaqələrə görə böyük qürur hissi keçirir və əmin olun ki, əməkdaşlığın genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

Sizinlə şəxsən görüşməyi səbirsizliklə gözləyirəm. Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Stefano Pontekorvo

İtaliya Respublikasının “Leonardo” şirkətinin sədri

Məktublar