ASAN könüllüləri “Yaşıl dünya naminə” müsabiqəsini reallaşdırırlar

post-img

ASAN könüllüləri tərəfindən “Yaşıl dünya naminə” həmrəylik məqsədilə müsabiqəyə start verilir. Müsabiqə çərçivəsində təqdimatlar əsasında  qaliblər müəyyən olunacaqlar.

İştirakçılar təqdimatlarını aşağıdakı mövzular çərçivəsində, problemin qoyuluşu və həll yolu kontekstində hazırlaya bilərlər:

- ️İqlim dəyişikliyinə adaptasiya;
- Alternativ və bərpaolunan enerji;
- Tullantı idarəetməsi və təkrar emal;
- Yaşıl texnologiya və innovasiya;
- Təbiəti mühafizə və biomüxtəliflilik;
- Dayanıqlı təsərrüfat və qida istehsalı;
- Təmiz su ehtiyatlarının müdafiəsi;
- Çevrə dostu nəqliyyat;

Müsabiqənin şərtləri:

- Müsabiqədə 16-35 yaş aralığında olan hər kəs iştirak edə bilər;
- Təqdimatdakı məlumatlar dəqiq, düzgün və qısa şəkildə yerləşdirilməlidir;
- Məlumatların faydalı, əhatəli, yaradıcı olması arzuolunandır;
- Təqdimatdakı fikri izah etmək üçün audiovizual dəstəkləyici elementlərin (video, rəsm və s.) yerləşdirilməsi arzuolunandır;
- Layihə növbəti mərhələyə keçərsə təqdimatda məlumatların daha ətraflı izahatları tələb oluna bilər;
- Təqdimat "Powerpoint" proqramı və ya "Canva" qrafik dizayn platformasında həm Azərbaycan dili, həm də ingilis dilində hazırlana bilər.

Müsabiqə 3 mərhələli qiymətləndirmə çərçivəsində aparılacaq.  10 ən yaxşı təqdimat final mərhələsinə keçmək şansı qazanacaq.

Finalda məsuliyyətli çevrə dostu, innovativ çevrə dostu, texnoloji çevrə dostu nominasiyaları üzrə qaliblər müəyyənləşdiriləcəklər.

İştirakçı özü haqqında zəruri məlumatları (ad, soyad, ata adı), əlaqə nömrəsini və şəxsiyyət vəsiqəsinin nüsxəsini daxil etməklə müsabiqə şərtlərinə uyğun hazırlanmış təqdimatı 01.03.2024-cü il tarixinədək [email protected] elektron ünvanına göndərməlidir.

“Ən yaxşı təqdimat” müsabiqəsinin ənənəsinə sadiq qalaraq qaliblər beynəlxalq səfərlərdə iştirak şansı və pul mükafatı qazanacaqlar.

Sosial həyat