Qələbələr yeni ilham mənbəyidir

post-img

Azərbaycan xalqı fevralın 7-də növbədənkənar prezident seçkilərində milli həmrəylini və birliyini nümayiş etdirdi. Əslində, bu, üç il əvvəl Zəfərimizlə bitmiş Vətən müharibəsində dünyaya nümunə olan Xalq–Lider vəhdətinin bir növ davamı idi. Xalqımız İlham Əliyevi yenidən 7 il müddətinə Prezident seçməklə ona yüksək etimadını göstərmiş oldu. 

Ata vəsiyyətini yerinə yetirən, Qarabağı və ətraf rayonları işğaldan bütünlüklə azad edən, separatizmin kökünü kəsən, nəhayət, fevralın 7-də Xankəndidə ailə üzvləri ilə bir­gə səs verən İlham Əliyev bu jesti ilə xalqı­nın layiqli övladı, sevimli lideri olduğunu bir daha, həm də əyani şəkildə nümayiş etdirdi. Bununla, o, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. 

Ölkəmizin bundan sonra daha sürətlə in­kişaf edəcəyinə əminəm. Biz sənət adamları­nın qəlbi fərəh hissi ilə doludur və bu duyğu bizi yeni əsərlər yaratmağa ruhlandırır. Düşü­nürəm ki, hər bir azərbaycanlı öz işi və peşə­si, qazandığı uğurları ilə Vətənin tərəqqisinə öz töhfəsini verəcəkdir. 

Elçin ORUCOV,
rəssam, Əməkdar mədəniyyət işçisi

Sosial həyat