Əllə yazarsan – cavan qalarsan

post-img

Alimlər əllə yazı yazmağın, gözəl xəttin beyin üçün faydalı olduğu­nu sübut ediblər. Skandinaviya alimləri apardıqları elmi tədqiqat­larla əllə yazı yazmağın beyinin işinə təsirini öyrəniblər. 40 tələbə EEQ (elektroensefaloqramma) aparatına qoşulub və onlara qələm­lə yazmaq və ya çap etmək tapşırığı verilib.

EEQ ilə 2 yazı formasına beyinin necə reaksiya verməsi izlənilib. Alimlər bildiriblər ki, əllə yazmaq beyini lazımsız informasiyanı blok etməyə, eləcə də diqqəti bir yerə cəmləməyə məcbur edir. Klavia­turada çap etməkdən başqa, əllə istənilən formada yazmaq beyin köklərini aktiv işləməyə, vizual və hərəkət funksiyasını artırır.

Klaviatura, ekran, qaçan sətirlər beyində düşünmə və diqqətdən yayınmalar yaradır, amma kağızda belə olmur. Yaradıcılıq, imtahan yazıları üçün əllə yazmaq daha faydalıdır, bu zaman fikir dağılmır və beyinə əlavə siqnal gəlmir.

Eləcə də yazı yazmaq, gözəl xətlə yazmaq beyini məşq etdirir, nə­ticədə bu, insanın cavan qalmasına səbəb olur.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat