Arabir yağıntılı və dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvət­lər Nazirliyi Milli Hidromete­orologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 17-də Bakıda və Abşeron yarı­madasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı ola­cağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. 

Gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 1-3°, gündüz 3-5° isti olacaq. At­mosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütu­bət 70-80 faiz olacaq. Azərbay­canın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Ha­vanın temperaturu gecə 1-5°, gündüz 5-9° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.

Q. QASIMOV
XQ

 

Ekologiya