Orqanizmdə B12 vitamininin çatışmazlığı psixioloji problemlərə, depressiyaya, beyin və sinir funksiyalarının zəifləməsinə, yaddaş pozğunluğuna və əl əsməsinə səbəb ola bilər.
Amerikalı alimlər tədqiqatlar nəticəsində qanda B12 vitamininin azlığı ilə depressiya, demensiya arasında əlaqənin olduğunu sübut ediblər. Bildiriblər ki, çox zaman həkimlər xəstəyə demensiya və depressiya diaqnozu qoyur, lakin B12 defisitinin bu simptomlar altında maskalandığını nəzərə almırlar. Çünki bu zaman xəstədə bilik və bacarıqlar qısa müddətə azalır, bəzən isə itir.
Vurğulanıb ki, B12 vitamini çatışmazlığı və depressiyanın vaxtında diaqnostikası və müalicəsi xəstənin əqli, fiziki bacarıqlarını, həyati keyfiyyətlərinin bərpasına kömək edər.
Z.HÜSEYNLİ
XQ