Həftənin ilk günü yağmursuz və arabir dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xid­mətinin verdiyi məlumata əsasən, fevralın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, səhər cənub küləyi ilə əvəz olunacaq. Gecə 5-9°, gündüz 11-16° isti olacaq. At­mosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağ­mursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Müla­yim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq. 

Q. QASIMOV
XQ

Ekologiya