Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

post-img

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Həsənov Alyar Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.

 

Sosial həyat