Evlərin divarlarına şəhid şəkilləri həkk edən rəssam

post-img

Göygöl rayonunda yaşayan gənc rəssam Tural Səlimzadə 3 ildir divar rəsmləri çəkir. Digər rəssamlıq növündən fərqli olaraq burada cihazdan istifadə edərək püskürmə vasitəsi ilə şəkillər çəkir.

Qeyd edək ki, Tural ölkənin müxtəlif bölgələrindəki şəhid ailələrinin də vaxtaşırı qonağı olur, evlərinin divarlarında qəhrəmanlarımızın portretini çəkir. 

Onun həvəslə yaratdığı əl işləri özünün orijinallığı, qeyri adiliyi ilə diqqəti cəlb edir. Portretlərin hazırlanmasına bəzən iki-üç gün vaxt sərf edir. Rəssam bu işi sifarişlə ofis, restoran və digər məkanlarda da görür.

Tural çəkdiyi rəsmləri özünün "İnstagram" səhifəsində paylaşaraq, hər şəhid haqqında məlumat verməklə onları insanlara tanıtmağa çalışır. 

Bu yaxınlarda doğma yurdu Kəlbəcərdə olarkən Səlimzadə yazıb: “44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdi. Bu gün biz torpaqlarımıza ayağımızı rahat qoyuruqsa, onlara və qazilərə borcluyuq. Sizi hər zaman yaşatmaq bizim borcumuzdur. 

Bayrağı ora qəhrəman oğullarımız sancdı. Ora getmişəmsə də, qonaq olduğum yerdə uğrunda canlarını fəda etdikləri bayrağı çəkməyə bilməzdim".

         Hamlet QASIMOV, 

XQ-nin bölgə müxbiri, 

Göygöl rayonu

 













Sosial həyat