Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 3-də və 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 2 tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 4 patron darağı və 73 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Sosial həyat