Misir piramidaları qranit daşlarla örtüləcək

post-img

Misirdə 4500 illik yaşı olan Menkaure piramidasının bərpa işləri çərçivəsində qranit daşlarla üzlənməsi planlaşdırılır. Bu barədə BBC News məlumat yayıb. Bildirilir ki, layihə Yaponiya tərəfindən maliyyələşdirilir və dəstəklənir. Ən azı 3 il çəkəcək bərpa işlərinin arxasında hökumət dayansa da, bir çox ekspert layihəyə mənfi reaksiya verir. Bəzi ekspertlər layihəni “Pizza qülləsinin təmirinə” bənzədirlər. Sosial şəbəkələrdə piramidanın bərpası ilə bağlı tənqidlər də yer alıb. Tənqidlərdən sonra Misir hökuməti layihəni nəzərdən keçirmək üçün ekspertlərdən ibarət komissiya təyin edib. 

Qeyd edək ki, Menkaure Piramidasının hündürlüyü 62 metrdir. Giza piramidaları arasında ən kiçik quruluşa malik piramida hesab olunur. Tikintisinin e.ə. 2510-cu ildə tamamlandığı təxmin edilir.

Fidan
XQ

Sosial həyat