Xan qızı Ağabəyim ağa

post-img

“Əfsus ki, yarım gecə gəldi” 

Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim ağa şairə imiş. Rəvayətə görə, o, hələ gənc yaşlarında öz əmisi oğlu, gözəl qamətli, mərdliyi və şücaəti ilə ad qazanmış Məhəmməd bəyə vurulur. O zaman Məhəmməd bəy ağır döyüşlərdə qoşuna başçılıq edirmiş. 

Bir gecə vacib bir məsələdən ötrü Şuşaya– İbrahim xanın yanına gələn Məhəmməd bəy elə həmin gecə geriyə, vuruşan qoşunun yanına qa­yıdır. Ağabəyim ağa bu münasibətlə dillər əzbəri olan məşhur beytini yazır: 

Əfsus ki, yarım gecə gəldi, gecə getdi, 

Heç bilmədim ömrüm necə gəldi, necə getdi... 

Şahın anasının libasında... 

İran şahı Ağa Məhəmməd şah Qacarın başı Şuşada kəsildikdən sonra, İranla Qarabağ xanlı­ğı arasında münasibətlər düzəlsin deyə İbrahim xan qızı Ağabəyim ağanı Tehrana, Fətəli xanın hərəmxanasına girov göndərir. 

Belə rəvayət edirlər ki, Fətəli xanın bir xüsu­siyyəti varmış. Onun hərəmxanasına daxil olan xanımlar ilk dəfə bəzəkli paltarlarla dolu bir ota­ğa girməli imiş. Onlar oradan istədiyi paltarı se­çib şahın hüzuruna gedirmişlər. 

Ağabəyim ağa müxtəlif yollarla gizlicə öyrə-nibmiş ki, şahın anasının paltarı da oradadır. Onu həmin otağa gətirdikdə xanım birbaşa şa­hın anasının paltarı saxlanan guşəyə gedir və həmin libası geyinir. 

Şah Ağabəyim ağanı anasının paltarında gördüyündən ona heç vaxt yaxın düşmür. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat