Ağdam Sənaye Parkı öz məhsulları ilə böyüyür

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkı­nın rezidenti “Veliev” MMC-nin istehsal etdiyi beton prefabrik məhsulları səna­ye parkının digər rezidentləri üçün qurulan istehsal müəssisələrinin inşasında istifadə edilir. Bunu MMC sədrinin müşaviri Eyruz Musayev deyib.

Onun sözlərinə görə, MMC-nin Ağdam Sənaye Parkındakı beton prefabrik məh­sulları zavodu 2022-ci ilin sonu-2023-cü ilin əvvəlindən fəaliyyətə başlayıb. Hazır­da zavodun məhsulları sənaye və anbar binalarının tikilməsi üçün istifadə edilir. Sahibkarlar tərəfindən zavodun məhsul­larına maraq böyükdür: “Sovetlər dövrün­dən sonra Azərbaycanda beton prefabrik məhsullarının istifadəsi dayandırılıb. Sa­hibkarlar tikinti zamanı həmin məhsulların əvəzinə dəmirlərdən istifadə edirlər. Lakin o da beton məhsullarına nisbətən baha başa gəlir. Beton prefabrik məhsullarının dəmirdən qat-qat ucuz və keyfiyyətli olma­sı bizim məhsullara olan marağı artırır”.

Pünhan ƏFƏNDİYEV
XQ

Son xəbərlər