Ərdoğan Kristerssonla danışıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson ilə telefon danışığı aparıb. Bu barədə “Anadolu” məlumat yayıb. 

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsi xəbər verir ki, söhbət zamanı İsveçin NATO-ya qəbulu prosesi, terrorla mübarizə, Türkiyə-İsveç münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan İsveçin NATO-ya üzv olduqdan sonra müttəfiqlik ruhuna uyğun olaraq üçtərəfli memorandum çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Ərdoğan bildirib ki, Türkiyə və İsveç Təhlükəsizlik Əməkdaşlıq Mexanizmi çərçivəsində işə başlamalıdır və İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsi vacibdir.

P.ƏMİRCANOV
XQ

Dünya