Ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarının nəzərinə!

post-img

Əmanətlərin Sığor­talanması Fondu ləğv prosesində olan "Dəmir­bank" ASC-nin kreditor­larının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 5 fevral 2024-cü il tarixdən etibarən başlayacaqdır.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yer­ləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvi­zitlərini təqdim etsinlər.

Əlavə məlumat almaq üçün ünvan və əlaqə nömrələri:

Bakı şəhəri Babək prospekti 16.

Qaynar xətt: (+994) 941

Reklam və elan