Macarıstandakı səfirimiz diaspor gənclərini prezident seçkilərində fəal iştirak etməyə çağırıb

post-img

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə diaspor gənclərini və xarici ölkələrdə yaşayan soydaşlarımızı fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə səsləyib. Secki-2024.az saytı xəbər verir ki, Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunda çıxış edən səfir bu seçkilərin ölkəmiz üçün böyük tarixi əhəmiyyət kəsb etdiyini deyib: “Ona görə də mən diplomat kimi deyil, Azərbaycan vətəndaşı olaraq sizləri seçkilərdə fəal iştirak etməyə çağırıram”.

“Postmünaqişə dövründə Azərbaycan diaspor gənclərinin fəaliyyəti: perspektivlər və çağırışlar” mövzusunda keçirilən Forumda Macarıstan daxil olmaqla, 40-a yaxın ölkədən 120 azərbaycanlı gənc iştirak edib. Tədbirə xaricdə fəaliyyət göstərən tələbə və gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların azərbaycanlı nümayəndələri, beynəlxalq müsabiqə laureatları, gənc sahibkarlar və digərləri qatılıblar.

Tədbirin sonunda forum iştirakçılarının bəyanatı qəbul olunub.

Son xəbərlər