FHN köməksiz vəziyyətdə qalanlara yardım edib

post-img

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub. Məlumatı nazirliyin mətbuat xidməti yayıb.  

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində köməksiz qalana yardım edilib.

Nazirliyin qaynar xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə də məlumat daxil olub. FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub, nəticədə 1 nəfərin meyiti çıxarılaraq təhvil verilib.

Nazirlik Bakının Suraxanı və Saatlı rayonlarında (Qara Nuru kəndi), eləcə də Sumqayıt şəhərində baş vermis yanğınların söndürüldüyü barədə də məlumat yayıb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat