Xankəndidə silah-sursat aşkarlanıb

post-img

Xankəndi şəhərində yenə silah-sursat aşkarlanıb. Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara alışdırıcısı, 42 ədəd patron darağı, 2256 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat