Seçkilər ilk dəfə ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda keçirilir

post-img

Azərbaycanda keçiriləcək 7 fevral növbədənkənar prezident seçkilərinə hazırlıq, o cümlədən təşviqat kampaniyası demokratik prinsiplər əsasında, seçicilərin öz fikirlərini azad şəkildə ifadə etməsi şəraitində davam edir. Mən əminəm ki, Azərbaycan xalqı 44 günlük müharibədə necə vətənpərvərlik göstəribsə, bu seçkilərdə də eyni fəallığı nümayiş etdirərək öz layiqli prezidentini seçəcək.

Bu fikirləri Bakı Dövlət Universiteti əməkdaşlarının "Gənc Alim"  MİK idarə heyətinin sədri, fizika-riyaziyyat elmləri doktoru Aydın Cəfərov bildirib. 

O qeyd edib ki, budəfəki prezident seçkiləri 44 günlük böyük Zəfər və parlaq sentyabr Qələbəsindən sonra Azərbaycanda yeni tarixi eranın əsasını qoymuş olacaq. Müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, seçkilər ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanda keçirilir. Hətta işğaldan azad edilmiş ərazilərimizdə yaşayan keçmiş məcburi köçkünlərimiz də bu seçkilərdə iştirak edəcək. 

A.Cəfərova görə elm-təhsil sahəsində çalışanlar seçkilərdə xüsusi fəallığı ilə fərqlənməlidirlər: “Düşünürəm ki, biz ziyalılar olaraq vətəndaşların fəallığının təmin edilməsi, seçicilərin prosesdən kənarda qalmaması üçün öz potensialımızı ortaya qoymalıyıq.  Seçki bir mədəniyyətdir. Seçkilərdə aktiv iştirak etmək mədəni toplumlara xas xüsusiyyətdir. Bu prosesi təbliğ etmək məsələsində hər bir elm-təhsil işçisi fəallıq nümayiş etdirməlidir. Bu gün dövlətin yaratdığı seçki mühiti tam şəffafdır. Cəmiyyətimiz, xüsusilə ziyalı elektorat bu prosesdə məsuliyyətli olmağa borcludur.

Anar ƏLİ
XQ

Sosial həyat