Zəyəm qəsəbəsinin problemləri müzakirə olunub

post-img

      Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Zəyəm qəsəbə sakinləri ilə görüşüb. Səyyar qəbul şəklində keçirilən görüşdə icra hakimiyyətinin başçısı əvvəlcə sakinlərə Şəmkirdə görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verib.

        O deyib ki, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Bu baxımdan Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir.

         Daha sonra sakinlərlə qəsəbənin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

          Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

           Eyni zamanda, fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu da keçirilib.

 

             Hamlet QASIMOV, 

XQ-nin bölgə müxbiri, 

Şəmkir

 







Sosial həyat