ANAMA Füzuliyə köçən sakinlərə maarifləndirmə təlimi keçib

post-img

Füzuli şəhərinə növbəti mərhələdə köç edən sakinlərə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.

ANAMA-dan bildiriblər ki, təlimlərdə sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri, xəbərdarlıq nişanları barədə məlumat verilib, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırışlar edilib.

Agentlik nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ xəbərdaredici və maarifləndirici çap materialları paylanılıb.



Sosial həyat