Silah-sursatlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.  

Yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 2 qumbara, 11 ədəd müxtəlif markalı tüfəng və 35 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin gün əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd avtomat silahı, 1 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 101 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat