Jurnalist Səbuhi Məmmədli dünyasını dəyişib

post-img

54 yaşlı Səbuhi Məmmədli müalicə aldığı Yeni Klinikada vəfat edib.

Xatırladaq ki, daha öncə jurnalist səhhəti ilə əlaqədar Yeni Klinikaya köçürülmüşdü. O, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alırdı. 

S.Məmmədlinin sonuncu iş yeri “APA holdinq” şirkətinin tərkibindəki Lent.az saytı, vəzifəsi saytın redaktoru idi.

XQ

Son xəbərlər