Vitamin A və C – çoxlu canlı qida ye!

post-img

Mütəxəssislər tövsiyə edirlər ki, soyuq­dəymə, respirator xəstəliklər və hazırda ya­yılan qızılca zamanı rasiona A vitamini ilə zəngin qidalar daxil etmək lazımdır.

Rusiyalı həkim Aleksandr Umnov sağal­maq üçün immuniteti gücləndirən qidalardan söz açıb. Bildirib ki, A və C vitamini ilə zəngin meyvə-tərəvəzləri unutmaq olmaz. Bunlar sit­ruslar, yaşıl soğan, kök, giləmeyvələrdir. Eləcə də yağsız balıq, yağsız ət, yumurta, bərk pen­dirlər lazımdır.

A.Umnov A vitamininin bol olduğu qidala­rı açıqlayıb. Deyib ki, bunlar mal ciyəri, balıq ciyəri, kök, yaşıl göyərti, salat, kərə yağı, zey­tundur. C vitamini isə itburnu, bolqar bibəri, kələm, sitrus, almanın tərkibində daha çoxdur.

İmmun sisteminin güclənməsi üçün üzüm və kətan toxumundan hazırlanan sıyıqları da unutmaq olmaz. Bu yeməklərdə sink, dəmir, maqnezium, kalsium və Omeqa 3 turşusu olur.

Həkim deyib ki, bu qidalar beyni aktivləş­dirir, bağırsaq florasını gücləndirir, qan dövra­nını artırır, qanda şəkəri tənzimləyir. Bu aylar­da rasiona qara kişmiş əlavə etməyin faydası çoxdur. Çünki həmin çərəz qanda hemoqlobini artırır. Hemoqlobin isə immunitetin yarısıdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat