“Emmi 2024”ün qalibləri

post-img

ABŞ-nin Los-Anceles şəhərində 75-ci Akademiya Mükafatlarının təqdimetmə mə­rasimində nüfuzlu “Emmi 2024” mükafatının qaliblərinin adları açıqlanıb.

“Ən yaxşı dram” əsəri nominasiyası üzrə qa­lib “Varislər” filmi olub. “Ən yaxşı komediya” filmi isə “Ayı” hesab olunub. Mükafatı bu iki layihənin rejissorları – Cessi Armstronq, Kristofer Storer, həmçinin Li Sonq-jin alıblar.

Dram serialında “Ən yaxşı aktyor və aktrisa” nominasiyalarında “Varislər” serialındakı rolla­rına görə Kiran Kalkin və Sara Snuk seçiliblər. Həmin serialda “Ən yaxşı ikinci plan aktyoru və aktrisası”nın qalibləri Metyu Makfadyen (“Varis­lər”) və Cennifer Kulic (“Ağ lotus”) hesab olu­nublar.

Komediya janrı üzrə müvafiq mükafatları Ebon Moss-Bakrak (“Ayı”) və Nisi Neş-Betts (“Bədheybət: Cefri Damerin hekayəsi”) alıblar.

FİDAN
XQ

Dünya