Sosial proqramlar uğurla icra edilib

post-img

Dövlət Sosial Müdafiə Fondunun 2023-cü ildəki gəlirləri əvvəlki ilə nisbətən 948 milyon manat və ya 17 faiz çox olmaqla 6 milyard 677 milyon manat təşkil edib. Bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov fondun ötən ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair söhbət zamanı XQ-yə bildirdi. O, fikirlərinə davam edərək dedi:

– DSMF-nin gəlirləri tərkibində məc­buri dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 milyon ma­nat artaraq 5 milyard 197 milyon manata çatıb. Fondun xərcləri isə ötən il 16 faiz və ya 829 milyon manat çox olmaqla 6 milyard 81 milyon manat təşkil edib. Hə­min xərclərin 5 milyard 888 milyon mana­tını əhaliyə ödənişlər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz və ya 805 milyon manat çoxdur. 2023-cü ildə yeni sosial islahat çərçivəsində növbəti pen­siya artımları təmin edilib: minimum aylıq əmək pensiyasının məbləği ötən il fevra­lın 1-dən 280 manata çatdırılıb. Həmçinin pensiyalar 2023-cü ilin əvvəlindən 14,7 faiz indeksləşdirilərək artırılıb. 

2022-ci ildə əlavə dəstək olaraq bü­tün pensiyaçılara rüblük ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib, bundan sonra yaranan pensiya məbləğlərinin in­deksləşdirilərək artırılması təmin olunub.

H.Məmişov 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indek­sasiya metoduna keçilməsi barədə də məlumat verdi:

– Hər il indeksləşdirmə əsasında apa­rılan pensiya artımı ötən il ilk dəfə ola­raq bütün növ pensiyalara şamil olunub. Beləliklə, pensiya ödənişləri ötən il 781 milyon manat və ya 16 faiz artaraq 5 mil­yard 726 milyon manat təşkil edib. Ötən il pensiyaların orta aylıq məbləği 17 faiz ar­taraq 436 manata, yaşa görə pensiyala­rın orta aylıq məbləği 17 faiz artaraq 467 manata çatıb. Hesabat dövründə 32 min şəxsə elektron qaydada pensiya təyin olunub. 2019-cu ilin əvvəlindən başlayan elektonlaşma nəticəsində isə bu günə qədər ümumilikdə 102 min vətəndaşa proaktiv qaydada pensiya təyinatı həyata keçirilib. 

Fondun sərbəst vəsaitinin investi­siyaya yönəldilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İnvestisiya Şurasının yara­dıldığını bildirən fond sədri ötən döv­rdə sərbəst vəsaitin maliyyə alətlərinə uğurla investisiya edildiyini bildirib: 

– Ötən il müavinət və təqaüd təminatı, ünvanlı sosial yardım proqramının icrası da uğurla davam etdirilib. Sosial ödə­niş alan vətəndaşlara dəstək məqsədilə DSMF tərəfindən ötən il “Sosial tərəfdaş” layihəsinin icrasına da başlanılıb. Fond­dan sosial ödəniş alan vətəndaşlar bu layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda ödəniş aldıqları bank kartla­rı ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunur.

H.Məmişov söhbətinin sonunda DS­MF-nin fəaliyyət sahələrində aparılan is­lahatlar, onların nəticələri barədə də mə­lumat verdi.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat