YAP Sədrinin müavini ATƏT DTİHB Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüşüb

post-img

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yanvarın 15-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfi və missiyanın əsas heyətinin üzvü Dominik Houeli qəbul edib.

Partiyanın mətbuat xidmətindən bildi­rilib ki, qonaqları salamlayan YAP Sədri­nin müavini Azərbaycanın seçki təcrübəsi barədə ətraflı məlumat verib. O, 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək pre­zident seçkilərinin azad, şəffaf və demok­ratik şəraitdə keçiriləcəyinə əminliyini ifa­də edib.

Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən missiyanın rəhbəri Ouen Mörfi ATƏT DTİHB missiyasının tər­kibi və fəaliyyəti barədə məlumat verib. O, Azərbaycandakı seçki mühitini və təşviqat kampaniyalarının gedişatını öyrənmək məqsədilə seçkilərdə iştirak edən partiya­lar və namizədlərlə görüşlər keçirdiklərini söyləyib.

YAP Sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq tədbirləri haqqında ümumi məlu­mat verərək bütün namizədlərə bərabər imkanların yaradıldığını diqqətə çatdırıb.

Tahir Budaqov ATƏT DTİHB missiya­sının yekun hesabatının qərəzsiz, obyek­tiv olacağına ümidvar olduğunu bildirib və missiyanın fəaliyyətinə uğurlar arzulayıb.

XQ

Son xəbərlər