DOST Agentliyinin layihəsi nümunəvi təcrübə kimi Avropa Sosial Şəbəkəsinin məlumat bazasına daxil edilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Gümüşü DOST – bütün yaşlara hörmətlə” layihəsi nümunəvi təcrübə kimi Avropa Sosial Şəbəkəsinin “Ən Yaxşı Təcrübələr” adlı məlumat bazasına daxil edilib. https://www.esn-eu.org/practices/silver-dost-establishing-respect-all-ages 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, "Gümüşü DOST" ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramının alt proqramlarından biridir.

Həmin layihə çərçivəsində yaşlı şəxslər DOST mərkəzlərində könüllü kimi fəaliyyətə cəlb edilirlər. Məqsəd həmin şəxslərin aktiv həyat tərzinin təmin olunmasına, onlarda özünə inamın artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.

Avropa Sosial Şəbəkəsi 2011-ci ildən quruma üzv ölkələrin sosial xidmətlər sahəsində effektiv həllərin tətbiqi üzrə qabaqcıl təcrübələrini paylaşır.

Bundan əvvəl Avropa Sosial Şəbəkəsi nazirliyin sosial ödənişlərin proaktiv təyinatı mexanizmini də nümunəvi təcrübə kimi təqdim edib. Həmin proaktiv təyinat və “Gümüşü DOST – bütün yaşlara hörmətlə” layihələri “Avropa Sosial Şəbəkəsi Mükafatları -2023” müsabiqəsində finalçı statusu qazanıb.

Sosial həyat