Silah-sursat təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumçatı DİN mətbuat xidməti yayıb. 

Yanvarın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilmiş əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tapança, 5 ədəd tüfəng, 5 patron darağı və 38 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat