Əməkdaşlığın perspektivləri müzakirə olunub

post-img

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvar ilə görüşüb. 

Görüş zamanı qurumlar arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəflər qardaş Türk dövlətlərindən olan gənc alimlər arasında təcrübə mübadiləsinin aparılması, türkiyəli mütəxəssislərin Beynəlxalq Türk Akademiyasının layihələrində iştirakının təmin edilməsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Anar ƏLİ

XQ

 

Sosial həyat