Goranboy: Dünyaya göz açan şəhid övladı Azərbaycan bayrağına bükülüb

post-img

O, keçən il sentyabr ayının 19-da Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub və doğulduğu Tovuz rayonunun Çeşməli kəndində böyük izdahamla torpağa tapşırılıb. Söhbət Hüseynov Şikar Hüseyn oğlundan gedir. 

 Bu günlərdə Goranboy Mərkəzi Xəstəxanasında şəhidin övladı dünyaya gəlib. Bu münasibətlə həm xəstəxanada, həm də şəhid xanımının ailəsinin Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşadığı evdə görüş keçirilib, qurban kəsilib, hədiyyələr verilib.

Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bir qrup şəhid ailəsi və qazilər, şəhidin döyüş yoldaşları, tibb işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dünyaya yenicə göz açan şəhid övladının büküldüyü ilk köynək Azərbaycan bayrağı olub.

 

Hamlet QASIMOV

XQ-nin bölgə müxbiri,

Goranboy.

 







Sosial həyat