Türkiyə ordusu daha 5 terrorçunu zərərsizləşdirib

post-img

Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının 5 silahlısının zərərsizləşdirildiyini açıqlayıb. PKK/YPG yaraqlıları “Sülh çeşməsi” və “Fərat qalxanı” antiterror əməliyyatları zonasında məhv edilib. Məlumatı “Anadolu” verib.  

Məlumata görə, terrorçular əməliyyat aparılan əraziyə hücum hazırlayırmış.

Bir müddət Prezident Rəcəb Tayyib Ərdoğan da bildirmişdi ki, PKK yaraqlıları Türkiyədə ilk dəfə terror aktı törətdiyi 1984-cü ildən bəri minlərlə türk təhlükəsizlik qüvvələri əməkdaşlarını, hərbçiləri və mülki şəxsləri qətlə yetirib. ABŞ və Avropa Birliyi də PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Son illərdə PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz qollarına yükləməyə çalışır. Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son iki ildə özünü “Suriya Demokratik Qüvvələri” adlandırır.

İranda PKK Kürdüstanın Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.

 

P.ƏMİRCANOV

XQ

Dünya