“Umut Aqro” ümid verir

post-img

Ölkə Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə həyata keçirilən dövlət dəstəyinə uyğun olaraq, Goranboy rayonunda da iş adamları, sahibkarlar üçün əlverişli, şəffaf və işğüzar mühit formalaşdırılmışdır. Bunun nəticəsidir ki, artıq Goranboyda iqtisadiyyatın bütün sahələri üzrə inkişaf dinamikası diqqət çəkir, müasir sahibkarlıq və sosial obyektlər, sənaye və istehsal müəssisələri fəaliyyət göstərir. 

Bakı-Qazax avtomobil yolunun 339-cu kilometrliyində, rayonun Muzdurlar kəndi ərazisində fəaliyyət göstərən “Umut Agro” MMC də rayonun sosial-iqtisadi mühitində dinamik inkişafın növbəti bir göstəricisidir. “Umut Agro” MMC-sahibkarlığın inkişafına dövlətin zəmanətli və güzəştli subsidiya imkanlarından yararlanmaqla və yerli iş adamı Fərid Əkbərzadənin şəxsi sərmayə qoyuluşu ilə fəaliyyətə başlamış kənd təsərrüfatı texnikalarının satışı və servis  xidməti mərkəzidir. 

MMC kənd təsərrüfatı texnikalarının satışından başqa innovativ suvarma sistemlərinin fermerlərə çatdırılması və quraşdırılmasını təmin etməklə yanaşı eyni zamanda kompleks heyvandarlıq fermalarında heyvandarlığın mexanikləşdirilməsi üçün tələb olunan avadanlıqların və texnikaların da fermerlərə çatdırılmasını təmin edir. 

Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədov “Umut Agro” MMC-nin fəaliyyət imkanları ilə yerində tanış oldular.

   

       Hamlet QASIMOV

 XQ-nin bölgə müxbiri, Goranboy

 

















Sosial həyat